Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.
Rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab 1833-cü ildə Şuşa şəhərində anadan olmuşdur. O, Hacı Seyid Əhmədin ailəsində doğulmuş və bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat və digər elmlərin əsaslarına yiyələnmişdir. Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmış “Vüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Mir Möhsüm Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişmişdir.
Lütfi Zadə 4 fevral 1921-ci ildə Bakı şəhərində jurnalist Rəhim Ələsgərzadə və pediatr Faniya Korimanın ailəsində dünyaya gəlmişdir. 10 yaşınadək Bakıda yaşamışdır. 1931-ci ildə Lütfi Zadənin ailəsi İrana köçmüşdür. Tehranda elektrik mühəndisliyi üzrə dərəcə alan Lütfi Zadə 1944-cü ildə ali təhsilini davam etdirmək üçün Birləşmiş Ştatlara getmişdir. L. Zadə 1944-cü ildən 1959-cu ilə qədər Massaçusets Texnologiya İnstitutunda (ABŞ) və Kolumbiya Universitetlərində magistr, doktorluq elmi dərəcələrini almışdır.1959-cu ildən Berkli Universitetində professor, 1963-cü ildən isə “Elektrik mühəndisliyi və kompüter elmləri” kafedrasına rəhbərlik etmişdir.
Azərbaycanda dövlət müstəqilliyi uğrunda mücadilə 1988-ci ildə xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər Ümummilli lider Heydər Əliyevin Azərbaycana qayıdışından sonra yeni vüsət aldı. Heydər Əliyevin gəlişindən sonra milli dirçəliş prosesi bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilərək, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə müşayiət olundu.
Qara Əbülfəz oğlu Qarayev - SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, professor, Azәrbaycan EA-nın akademiki (1959), SSRİ Dövlәt (1946, 1948), vә Lenin (1967) mükafatları laureatı - 5 fevral 1918-ci ildə Bakıda doğulmuşdur. 1935-1938-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır. 1938-ci ildәn tәһsilini Moskva Konservatoriyasında davam etdirәrәk, 1946-cı ildә konservatoriyanı bitirmiş vә һәmin ildәn ADK-da dәrs demişdir. Qara Qarayev dəfələrlə Azərbaycan və SSRİ Ali sovetlərinə deputat seçilmişdir. Bir sıra orden və medallarla təltif olunmuşdur. Qara Qarayev 13 may 1982-ci ildə Moskvada vəfat etmiş, Bakıda dəfn olunmuşdur.
“Azerspace-1” telekommunikasiya peyki 8 fevral 2013-cü il tarixində Bakı vaxtilə saat 01.36-da Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan raketdaşıyıcı ilə orbitə buraxıldı. “Azərspace-1” peyki kosmodromdan qalxdıqdan 33 dəqiqə sonra raketin gövdəsindən ayrıldı. Fəzaya buraxıldıqdan 34 dəqiqə 56 saniyə sonra Azərbaycanın ilk peyki orbitdə yerini tutdu.
1920-ci ilin aprel-mayında Azərbaycanın işğalını başa çatdıran bolşevik Rusiyasının XI Ordusunun bir hissəsi (28-ci atıcı diviziyasının I süvari alayı) iyulun 28-də Gorus və Şahbuzdan keçərək Naxçıvana daxil olmuş və elə həmin gün də burada Sovet hakimiyyəti elan edilmişdi.
Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Cənubi Qafqaz və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Qarabağ və İrəvan xanlıqlarına köçdülər. Həm 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-Qacarlar dövləti müharibələrinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin Cənubi Azərbaycandan Cənubi Qafqaza, o cümlədən də Qarabağa köçürülməsi nəticəsində onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər Rus-Qacarlar dövləti müharibəsinin gedişində Azərbaycanın cənub ərazilərindən Cənubi Qafqaza, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü.
Qarabağın iri yaşayış məskənlərindən olan Malıbəyli, Aşağı və Yuxarı Quşçular kəndləri Şuşa rayonunda, Qarabağ silsiləsinin dağətəyi ərazisində yerləşir. 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində Qarabağın dağlıq hissəsindəki 30-dan çox azərbaycanlılar yaşayan kəndlər Ermənistanın silahlı qüvvələri tərəfindən yandırıldı, dağıdıldı və talan edildi.
Ali təhsilli ilk azərbaycanlı memar, rəssam. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakı şəhərinin baş memarı Zivər bəy Gəraybəy oğlu Əhmədbəyov 16 fevral 1873-cü ildə Şamaxıda doğulmuşdur. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra Bakı quberniya idarəsinin İnşaat şöbəsində, Bakı şəhər idarəsində memar işləmişdir. 1907 ildə Şamaxı şəhərinin baş memarı təyin edilmiş, məhəllələrin düzgün planlaşdırılması və tikilməsinə, zəlzələ zamanı (1908) dağılmış Cümə məscidinin yeni layihəsinin hazırlanmasına böyük əmək sərf etmişdir. Layihələrində milli memarlıq ənənələrindən geniş istifadə etmişdir.
Erməni işğalçılarına qarşı mübarizə aparan Qaradağlı kəndi 1992-ci il fevralın 17-də işğal edilərək yandırılıb. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər güllələnib.Ümumilikdə əsir və girov götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib. Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi soyqırımı cinayəti nəticəsində Qaradağlı kəndində iki ailənin hər birindən 4 nəfər qətlə yetirilib, 43 ailə öz başçısını itirib, 146 uşaq yetim qalıb. Qaradağlıya Ermənistan silahlı qüvvələrinin həmlələri zamanı qətlə yetirilənlərdən 10-u qadın, 8-i məktəb yaşlı uşaq olub. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib.
Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün qeyd edilməsində başlıca məqsəd dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaqdır. 1999-cu ilin noyabrında UNESCO Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə tövsiyə olunub ki, həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər keçirilsin.
Azərbaycanın paytaxtı Bakıdakı İsmailiyyə Sarayında 1926-cı il 26 fevral-6 mart tarixlərində keçirilmiş Birinci Türkoloji Qurultay türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni inteqrasiyasında yeni bir mərhələnin təməlini qoyan ən əlamətdar hadisələrdən biridir. Qurultayda 131 nəfər nümayəndə iştirak etmiş, 17 iclas keçirilmiş. Qurultayda türklərin, bütövlükdə Türk Dünyasının tarixi, dili, əlifbası, etnogenezisi, etnoqrafiyası, ədəbiyyatı, mədəniyyəti və digər mövzularda ümumilikdə 14 məsələ ətrafında 38 məruzə və həmməruzələr dinlənilmiş, müzakirə edilmiş və bir çox qətnamələr qəbul edilmişdir.
Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirlimişdir.
Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılmışdır.
Azərbaycan Dövlət Kitab Palatasının yaradılması ideyası 1924-cü ildə meydana gəlmişdir. Həmin ildə RSFSR, Ukrayna və Belorusiya kitab palataları ilə birgə Azərbycan Xalq Maarif Komissarları nümayəndəsinin (M.İ.Səlimov) də iştirak etdiyi müşavirədə müttəfiq respublikalarda kitab palatalarının yaradılması, məcburi nüsxələrin alınması, paylanması, salnamələrin buraxılması, kitab statistikasının vahid forması haqqqında məsələlər müzakirə olunmuşdu. Bu da Azərbaycanda kitab palatasının yaradılması işini xeyli sürətləndirmişdi.
1905-ci ildə Rusiyada hakimiyyət əleyhinə üsyanların və iğtişaşların baş verməsindən və çarizmə qarşı narazılıq dalğasının güclənməsindən istifadə edən ermənilər Cənubi Qafqazın müxtəlif bölgələrində, o cümlədən də Bakı şəhərində kütləvi qırğınlar törətmişlər. Bakıda bu işə rəhbərliyi “Hnçak” və “Daşnaksutyun” partiyaları öz üzərlərinə götürmüşdü. XX əsrin əvvəllərində erməni şovinizminin, millətçi erməni partiyalarının maddi və mənəvi qida mənbəyi rolunu isə əsasən erməni kilsələri, o cümlədən də Bakının mərkəzində yerləşən erməni qriqorian kilsəsi oynayırdı.
XIX əsrin 30-cu illərinə qədər Azərbaycanda xüsusi imtiyazlı məktəblərdən başqa dövlətin açdığı heç bir kütləvi xalq məktəbi yox idi. 1827-ci ildə Şuşada Bazel missionerlərinin açdığı bir məktəb mövcud idi ki, burada da əsasən alman dili tədris edilirdi. XIX əsrdə «Gülüstan» (1813) və «Türkmənçay» (1828) müqavilələrinə əsasən Azərbaycan iki yerə bölündü: Şimali və Qərbi Azərbaycan Rusiyanın, Cənubi Azərbaycan isə İranın tərkibinə daxil edildi. Çarizmin Azərbaycanda ruslaşdırma siyasəti təhsil və tədrisdə xüsusilə özünü göstərirdi.
XX əsrin sonunda dünyada baş verən qlobal siyasi proseslərin tərkib hissəsi kimi sovet dövlətinin süqutu Azərbaycanın da öz azadlığını elan etməsinə, müstəqil siyasət yeritməsinə, həmçinin beynəlxalq birliyin bərabərhüquqlu subyekti kimi dünya birliyinə qovuşmasına imkan verdi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev mükəmməl, demokratik bir cəmiyyət yaratmağı qarşısına məqsəd qoydu. Əsas meyarlar Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi idi.
Texniki sahələrdə dövlətlərarası münasibətləri daha səmərəli qurmaq məqsədilə 1926-cı ildə Milli Standartlaşdırma Assosiasiyalarının Beynəlxalq Federasiyası yaradılmışdır. 1942-ci ildə II Dünya Müharibəsi səəbəbilə bir müddət fəaliyyətini dayandıran federasiya, 1946-cı ildə yenidən təsis olunaraq fəaliyyətə rəsmən 13 fevral 1947-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Standard Organization) kimi başlamışdır. Bu təşkilatın adının bütün dillərdə eyni səslənməsi üçün ona İSO (yunanca “isos”sözündəndir, mənası “bərabər” deməkdir) adı verilir. İSO-nun mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
Arif Mir Cəlal oğlu Paşayev 1934-cü il fevralın 15-də Bakıda görkəmli Azərbaycan ədibi və alimi Mir Cəlalın ailəsində anadan olmuşdur. Arif Paşayev 1957-ci ildə Odessa Elektrotexnika Rabitə İnstitutunu “Radiorabitə və radioyayım” ixtisası üzrə bitirmişdir. O, 1959-cu ildə Azərbaycan MEA Fizika İnstitutunda elmi fəaliyyətə başlamışdır. Arif Paşayev 1960-cı ildə Moskva Dövlət Nadir Metallar İnstitutunun aspiranturasına qəbul olmuş, 1965-ci ildə “Yüksək və ifratyüksək tezliklərdə yarımkeçiricilərin parametrlərini ölçmək üçün kontaktsız üsul və cihazların işlənməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Müstəqil dövlətin atributlarından biri olan güclü və müasir tələblərə cavab verə biləcək Silahlı Qüvvələrin yaradılmasında hərbi elm və təhsil sisteminin müstəsna əhəmiyyəti vardır. Hərbi elm və təhsil Azərbaycan Respublikasının təhlükəsizliyi və müdafiəsini təmin edən xüsusi strateji fəaliyyət sahəsi olmaqla yanaşı, həm də sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mərhələlər üzrə fasiləsiz mənimsənilməsini təmin edən təlim və tərbiyə prosesidir. Müasir texnologiyanın yenilikləri ilə ayaqlaşan güclü ordunun yaradılmasında peşəkar kadrları hazırlayan hərbi təhsil sistemin müstəsna rolu vardır.
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. O, ilk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, 1887-1897-ci illər ərzində İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik etmişdir. Onun ilk qələm təcrübəsi 1889-cu ildə yazdığı “Çay dəsgahı” alleqorik pyesi olmuşdur. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazmışdır.
1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb idi. Rusiyanın Almaniya ilə Brest-Litovsk sülh danışıqları boşa çıxdıqdan sonra alman-türk qoşunları hücuma keçdilər. Türk qoşunlarının irəlilədiyini görən Zaqafqaziya Komissarlığı 1918-ci il fevralın 6-da Qafqaz cəbhəsinin komandanı Vehib paşaya teleqram göndərərək, Türkiyə ilə sülh danışıqları aparmaq istədiyini bildirdi. Lakin regionda nüfuzu və güclü hakimiyyəti olmayan Zaqafqaziya Komissarlığı tezliklə özünü buraxmaq məcburiyyətində qaldı.
Əslən Rizədən olan Rəcəb Tayyib Ərdoğan 1954-cü il fevral ayının 26-da İstanbulun Qasımpaşa bölgəsində anadan olmuşdur. 1965-ci ildə Piyalə paşa ibtidai məktəbini bitirmişdir. 1973-cü ildə isə İstanbul İmam Xatib liseyində təhsil almışdır. Fərq dərsləri sınağını verərək Eyüp Liseyindən də diplom alıb. Ali təhsilini Mərmərə Üniversiteninin İqtisadi və Ticari Elmlər Fakültəsində alan Ərdoğan 1981-ci ildə buradan məzun olub. O, Camialtı, İETT və Eroksporda 16 il futbol oynamışdır. 12 sentyabr 1980-ci ildən sonra futboldan ayrılmışdır.