Texniki sahələrdə dövlətlərarası münasibətləri daha səmərəli qurmaq məqsədilə 1926-cı ildə Milli Standartlaşdırma Assosiasiyalarının Beynəlxalq Federasiyası yaradılmışdır. 1942-ci ildə II Dünya Müharibəsi səəbəbilə bir müddət fəaliyyətini dayandıran federasiya, 1946-cı ildə yenidən təsis olunaraq fəaliyyətə rəsmən 13 fevral 1947-ci ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (International Standard Organization) kimi başlamışdır. Bu təşkilatın adının bütün dillərdə eyni səslənməsi üçün ona İSO (yunanca “isos”sözündəndir, mənası “bərabər” deməkdir) adı verilir. İSO-nun mənzil qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir.
İSO-nun məqsədi dünya miqyasında standartlaşdırmanın və onunla bağlı sahələrin inkişafına, beynəlxalq əmtəə mübadiləsinə və qarşılıqlı yardımın intensivləşdirilməsi, eləcə də zehni, elmi, texniki və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə yardım edilməsindən ibarətdir. Təşkilatın fəaliyyətinin əsas istiqamətlərinə aşağıdakılar aiddir: milli standartların inifikasiya edilməsi sahəsində səylərin əlaqələndirilməsi; beynəlxalq standartların işlənib hazırlanması və dərci, onların dünya miqyasında tətbiqinin dəstəklənməsi; üzv komitələrin və texniki komitələrin fəaliyyəti haqqında informasiya mübadiləsinin təşkil edilməsi; standarlaşdırma ilə qonşu sahələrlə məşğul olan digər beynəlxalq təkilatlarla əməkdaşlıq. Təşkilat prezident və vitse-prezidentin başçılıq etdiyi Şura vasitəsi ilə idarə edilir. Şura baş Məclisdə milli komitələrin nümayəndələri sırasından və ya yazışma vasitəsi ilə üç il müddətinə seçilir. Şura görüləcək işlərin planlaşdırılması və əlaqələndirilməsi, “Nizamnamə və prosedur qaydaları”nın və direktivlərin gözlənilməsi, görülən konkret işlərə və onların yerinə yetirilməsi müddətlərinə nəzarət üçün məsuliyyət daşıyır. Təşkilat dünya miqyasında istehsal edilən məhsulun 95%- dən çoxuna nəzarərt edir.
Təşkilatın əsas işlərini texniki komitələr(TK), alt kömitələr və texniki qruplar yerinə yetirir. Beynəlxalq standartların layihələrin yaradılması və və razılaşdırılması ilə 20 mindən artıq ekspert məşğul olur. Təşkilatın fəaliyyət tematikası TK-ların fəaliyyət istiqamətləri üzrə bölüşdürülür. Hər bir TK-nın öz adı, fəaliyyət proqramı, konkrtet fəaliyyət sahəsi vardır. Beynəlxalq standartlar məhz həmin TK-larda yaradılır, müzakirə edilir və razılaşdırılır. Ayrı-ayrı sualların öyrənilməsi üçün TK-ların nəzdində alt komitələr və işçi qruplar yaradılır. Beynəlxalq standartlaşdırma işinin ilk mərhələsində fəaliyyət ancaq sənaye istehsalı ilə məhdudlaşırdı. Daha sonra isə terminologiya, fotoqrafiya, bank işi, informasiyanın emalı, statistika və başqa sahələr üzrə TK-lar yaradıldı.
İSO-nun əsas icraçı orqanları aşağıdakılardır:
İSO Baş Assambleyası üzv ölkələrin milli standartlaşdırma orqanlarının və digər əməkdaşlıq etdiyi təşkilatların nümayəndələrinin iştirakı ilə ildə 1 dəfə iclasını (Annual Meeting) keçirir.
İSO Şurası təşkilatın daimi orqanı olub 20 üzv ölkənin nümayəndələri və xüsusi komitənin üzvlərindən ibarətdir.
İSO Katibliyi təşkilatın cari işlərlə bağlı fəaliyyətini həyata keçirir.
İSO-nun aşağıdakı xüsusi komitələri fəaliyyət göstərir:
Texniki İdarəetmə Bürosu (TMB)–Texniki Komitələrin fəaliyyətinə ümumi nəzarəti həyata keçirməklə digər texniki və təşkilatı məsələlərin həlli ilə məşğul olur. Hazırda iqtisadiyyatın bütün sferaları üzrə İSO-nun 250 Texniki Komitəsi fəaliyyət göstərir.
CASCO –Uyğunluğun qiymətləndirilməsi Komitəsi
COPOLCO–İstehlakçılarla bağlı siyasət Komitəsi;
DEVCO –İnkişaf etməkdə olan ölkələr Komitəsi;
Council Standing Committees –Maliyyə və strateji məsələlər üzrə Daimi Komitələr;
Ad hoc Advisory Committees – Xüsusi məşvərətçi qruplar.
Respublikamızda istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst hərəkətinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun olması zəruri amillərdən biridir. Məhz buna görə də standartlaşdırma sahəsi ölkəmizdə də getdikcə daha çox aktuallıq kəsb edir.
Bu sahədə qanunvericiliyin yaradılması məqsədilə 1996-cı il aprelin 16-da “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) publik hüquqi şəxs təsis edilib. Ölkədə standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik məhz adıçəkilən quruma həvalə olunub. Bundan əlavə, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub.
Ölkəmizin milli standartlaşdırma qurumu kimi fəaliyyət göstərən AZSTAND 2017-ci ilin dekabrından İSO-nun tamhüquqlu üzvüdür. Qurum hazırda Beynəlxalq Standartlaşdırma Təşkilatının 32 texniki komitəsində uğurla təmsil olunur.
Tövsiyə edilən ədəbiyyat: