1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti hökuməti “Hökumət müəssisələrinin öz vəzifələrini tərk etmiş qulluqçuları haqqında” 178 №-li 42-a bəndli qərar qəbul etdi. Qərarının əməli həyata keçirilməsi üçün daxili işlər naziri B.Cavanşirin məruzəsi üzrə 2 iyul 1918-ci ildə Gəncə quberniyasında müstəqil polisin yaradılması haqqında, yeni ştatlar və əməkhaqqının artırılmasını nəzərdə tutan və bunu təsdiq edən xüsusi bir qərar qəbul etdi.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ötən dövr ərzində milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, özünün hüquqi-siyasi, sosial-iqtisadi dayaqlarını möhkəmləndirmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı daha da ruhlandırmış, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır.
Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.
11-iyul Ümumdünya Əhali Günü 1989-cu ildə BMT-nin əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilat olan Əhali Fondu tərəfindən təsis edilib. Bu gün ilk dəfə 1990- cı ildə 90-dan artıq ölkədə qeyd edilib. Əhali Fondunun məqsədi insan hüquqları, qadın sağlamlığı, ailə planlamasının əhəmiyyəti, gender bərabərliyi kimi dünya əhalisi ilə bağlı müxtəlif məsələlər barədə məlumatlılığı artırmaq, insanların problemlərinə xüsusi diqqət yetirmək və ümumi inkişafa nail olmaqdır. Dünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunmağa başlanılıb.
TÜRKSOY təşkilatı, türkdilli xalqların, ortaq türk mədəniyyətini, dilini, tarixini, incəsənətini, adət - ənənələrini, mədəni irsini araşdırılması, qorunması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılmışdır. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Sözügedən dövlətlərdən (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan) beşi türkdilli idi. TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülmüşdür. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilmişdir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının təməl daşını təşkil edən “Əsrin müqaviləsi”nin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlandı. Məhz bu müqavilədən sonra dünya dövlətlərinin Azərbaycan iqtisadiyyatına marağı artdı, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə güclü təkan verildi. “Əsrin müqaviləsi”nin mühüm tərkib hissələrindən birini də xarici şirkətlərlə birlikdə hasil olunan neftin nəqlini və xarici bazarlara ixracını təmin edəcək çoxvariantlı boru nəqliyyat infrastrukturunun yaradılması təşkil edir.
Sovet sisteminin bütün xüsusiyyətlərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanın sosial-iqtisadi geriliyinin aradan qaldırılması istiqamətində mühüm addımlar atmağa başladı. 1960-cı illərin sonlarına qədər respublikamızda əsasən neft sənayesinin inkişafında müəyyən irəliləyişlər olsa da, iqtisadiyyatın digər sahələrində çatışmazlıqlar mövcud idi. Azərbaycan sovetlər ittifaqının karbohidrogen xammalı istehsal edən əsas respublikası olaraq qalırdı. Neft və onunla bağlı olan sahələr respublikamızın xalq təsərrüfatına ümumi kapital qoyuluşunun böyük bir hissəsini özünə cəlb etsə də, istehsal və sosial infrastruktur zəif inkişaf etmişdi.
Azərbaycanda dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır; həmin dövrə qədər (istər XIX əsrdə, istərsə də xüsusilə XX əsrin əvvəllərində) görkəmli Azərbaycan ziyalıları ana dili, eləcə də Azərbaycanda gedən dil prosesləri barədə müəyyən mülahizələr söyləmiş, təkliflər vermişdilər. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin yarandıqdan cəmisi bir ay sonra 27 iyun 1918-ci ildə Azərbaycan (türk) dilini rəsmən dövlət dili elan etməsi XIX əsrin sonu, XX əsrin əvvəllərində müəyyənləşmiş milli ideologiyanın birbaşa təsirinin nəticəsi idi.
Ölkədə ilk mətbuat orqanın - əsası 1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi" qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması əslində ölkədə gedən mühüm ictimai-siyasi, iqtisadi və mədəni proseslərlə, o cümlədən maarifçilik hərəkatının, dünyəvi teatrın və yeni tipli məktəbin təşəkkül tapması ilə sıx bağlıdır.
Cənubi Qafqaz, xüsusilə də Azərbaycan özünün zəngin təbii sərvətləri, xammal ehtiyatları, həmçinin mühüm strateji coğrafi mövqeyi ilə hər zaman diqqət mərkəzində idi. İqtisadi-təsərrüfat əhəmiyyəti ilə yanaşı, Qafqaz keçidində mühüm mövqe tutan Azərbaycan Avropa və Asiyanı birləşdirən körpü rolunu oynamaqla mühüm strateji maraq kəsb edirdi. Azərbaycan ərazisindən son dərəcə mühüm hərbi-strateji və ticarət yolları keçirdi. Burada Rusiyanın şərq ölkələrinə çıxması üçün vacib olan dəniz limanları da var idi. Azərbaycanın xüsusilə də onun Xəzəryanı əyalətlərinin Osmanlı imperiyası tərəfindən işğal edilməsi Rusiyanın bir sıra şərq ölkələrinə çıxışını bağlaya bilərdi.
Müasir dövrdə ombudsman hüquqi dövlətin mühüm atributlarından bin kımı çıxış edir. Bu gün müxtəlif ölkələrdə müxtəlif adlarla fəaliyyət göstərdiyinə baxmayaraq, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxs hər bir məkanda ümumqəbul olunmuş Ombudsman adı ilə tanınır. “Ombudsman” İsveç mənşəli söz olub, “ombud və ya umbud” sözündən götürülmüşdür. İsveçlilər və digər skandinav xalqları “ombudsman” sözünü “inanılmış”, “vəkil edilmiş şəxs” kimi tərcümə edirdilər. Əvvəlcə, ombudsmanlar mütləq monarxiya dövründə ali hakimiyyətin adından məmurların və hakimlərin fəaliyyətinə nəzarət etməli olan taxt-tac adamları idi.
Müstəqillik əldə etdikdən sonra diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və sonradan inkişaf etdiriməsi birbaşa neft daşınması ilə əlaqədar olmuşdur. Abşeronda neftin olması qədim zamanlardan bəlli idi. Bakı nefti uzun müddət sistemsiz üsulla çıxarılmış və əsasən Azərbaycanda, onun daşındığı Yaxın və Orta Asiya ölkələrində, Rusiya və Hindistanda işıqlandırma və müalicə üçün istifadə edilmişdir. 1871-ci ildə ilk qazma quyusunun meydana gəlməsi,neftin qazma üsulu ilə çıxarılmasının daha da inkişaf etdirilməsi, xüsusən XIX əsrin 70-ci illərinin əvvəllərində alış-veriş sisteminin ləğvi ilə əlaqədar neftçıxarma kəskin surətdə artdı.
1952-ci ildə Azərbaycanda satirik jurnal olan “Kirpi”nin nəşrə başlaması zaman və dövrün tələbatı baxımından reallaşmışdır. Mövcüd nöqsanları ciddi tənqid etmək üçün “Molla Nəsrəddin” məktəbinin yeni məzmunda davamına, yeni satirik mətbu orqanına ciddi ehtiyac duyulduğu bir vaxtda oxucuları sevindirən jurnal dövrün neqativ hallarına qarşı barışmazlıq nümayiş etdirirdi. “Kirpi” Respublika hökumətinin qərarı ilə ilk və yeganə rəsmi satira jurnalı olaraq yaradılmış və 1990-cı illərə kimi bu oxunaqlı jurnalın hər nömrəsi 400 min nüsxə ilə çap edilmişdir. “Kirpi” jurnalında bürokratizmə və rüşvətxorluğa qarşı mübarizə güclü idi.
Almaniyanın təslim olmasından sonra Avropada dinc tənzimləmə məsələlərini müzakirə və həll etmək üçün ABŞ, İngiltərə və SSRİ arasında Berlində konfrans keçirtmək haqqında qərar qəbul edildi. SSRİ, ABŞ və İngiltərə rəhbərlərinin iştirakı ilə Berlin konfransı şəhərin yaxınlığındakı Potsdamda keçirildiyinə görə həm də Potsdam konfransı adlanır, şərti adı isə «Terminal» («Sonuncu stansiya») idi. Konfrans Stalin, Çörçill və Trumen başda olmaqla 1945-ci il iyulun 17-dən avqustun 2-dək oldu. Konfransın gedişində Çörçilli seçkilərdə qələbə qazanmış leyborist partiyasının lideri K.Ettli əvəz etdi.
Şahmat oyunu bəşəriyyət tarixinin ən qədim, eyni zamanda ən mükəmməl stolüstü strateji oyunlarından biri hesab olunur. İnsan zəkasının yaradıcılıq məhsulu olan şahmat bu gün yalnız sadəcə bir oyun kimi deyil, həm də dünya mədəniyyətinin maraqlı bir sahəsi kimi yüksək qiymətləndirilir. Beynəlxalq Şahmat Federasiyası (FİDE) 1924-cü il iyulun 20-də, Yay Olimpiya Oyunları dövründə təsis edilib. 1966-cı ildə UNESCO hər il iyulun 20-sini Dünya Şahmat Günü kimi qeyd olunması haqqında qərar qəbul edib. FİDE — beynəlxalq şahmat federasiyası, idman təşkilatının əsası Parisdə qoyulmuşdur. FİDE yaradılan vaxt 14 ölkəni əhatə edirdi.
1929-1933-cü illərdə baş verən iqtisadi böhranlar dünya iqtisadiyyatındakı tarazlığı pozmuşdur. Minlərlə banklar müflisləşmiş, əmanətlərin qaytarılması ümid itmiş, kənd təsərrüfatı məhsullarının qiymətləri maya dəyərindən aşağı düşmüş, torpağın qiyməti azalmış, zavodlar dayanmış, işsizlik artmışdır. Bütün bunlarla yanaşı beynəlxalq maliyyə sistemində, valyuta birjalarında da tarazlıq kökündən pozulmuşdur. Kağız pullara olan inamın azalması qızıla olan tələbatı artırırdı. Odur ki, maliyyə orqanlarında olan qızıl ehtiyatı da çoxalırdı. Bu vəziyyətin təsiri altında başda Böyük Britaniya olmaqla bəzi dövlətlər qızıl standartından imtina etmişlər.
Əcəmi Əbubəkr oğlu Naxçıvani – Azərbaycanın görkəmli memarı, Naxçıvan memarlıq məktəbinin banisidir. Əcəmi orta əsr Azərbaycan memarlığına yeni istiqamət vermiş, özünün sənət dühası ilə Səlcuqilər dövrü memarlığının bir qədər ağır və sərt üslubuna böyük incəlik və dinamiklik gətirmiş, Yaxın Şərq memarlığına güclü təsir göstərmişdir. Şərqin böyük dühaları ona "Şeyxül-mühəndis" fəxri adı vermişdilər. Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Mühüm beynəlxalq ticarət yolları qovşağında yerləşən, Azərbaycanın siyasi, iqtisadi, mədəniyyət, sənətkarlıq mərkəzi olan Naxçıvanda geniş abadlıq və tikinti işləri aparılırdı.
Fərman Qurban oğlu Salmanov 1928-ci il iyulun 28-də Azərbaycan Respublikasının Şamxor (indiki Şəmkir) rayonunun Morul kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra Azərbaycan Sənaye İnstitutunda ali təhsil alaraq, 1954-cü ildə həmin institutun geoloji kəşfiyyat fakültəsini bitirmişdir. F.Salmanov institutu bitirəndən sonra Bakıya təyinat alır, lakin neft sənayesi naziri N.K.Baybakova məktub yazıb, Sibirə işə göndərilməsini xahiş edir. Gənc neftçinin arzusu yerinə yetirilir və F.Salmanov 1955-1957-ci illərdə Kemerovo vilayətində Plotnikovo neft kəşfiyyatı ekspedisiyasının rəisi və Qryaznen neft kəşfiyyatı ekspedisiyasında baş geoloq işləyir.
BMT Baş Assambleyasının 2013-cü il dekabrın 18-də qəbul etdiyi qətnaməyə əsasən hər il iyulun 30-u Ümumdünya İnsan Alverinə qarşı Mübarizə Günü kimi qeyd edilir. Dünyanın inkişaf etmiş əksər ölkələrində dövlət tərəfindən həyata keçirilən mühüm tədbirlərdən biri də insan alverinə qarşı mübarizədir. Müasir dövr insan alverinin təhlükəliliyi onun müxtəlif formalarda həyata keçirilməsindədir. İnsan alverini yaradan səbəblərdən - əhalinin səmərəli məşğuliyyətinə məhdudiyyətlərin olması, qurbanların təhsil səviyyəsi, sosial müdafiəsi, yoxsulluğun mövcudluğu, əmək bazarında ayrı seçkilik, gender bərabərsizliyi və s. göstərmək olar.