Türk Dövlətləri Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərinin “Dolmabaxça Sarayı”nda Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası və Türkiyə Respublikasının parlament rəhbərlərinin imzaladığı Sazişlə təsis olunmuşdur. 2022-ci ildə Türk Dövlətlərinin Parlament Assambleyası adını alan TÜRKPA müstəqil türk dövlətlərini bir-birinə daha da yaxınlaşdıran mühüm bir qurumdur.
29 sentyabr 2009-cu ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) ilk plenar sesiyası keçirilmişdir.
Plenar sesiyada TÜRKPA-nın Reqlamenti, Katibliyin Əsasnaməsi və Bakı Bəyamnaməsi, Katibliyin daimi əsasla Bakı şəhərində yerləşməsi haqqında qərar qəbul edilmişdir.
TÜRKPA sədrliyi rotasiya üsulu ilə ingilis əlifbası üzrə ildə bir dəfə bir ölkədən digərinə keçməkdədir. Türk dövlətlərinin parlament diplomatiyası prinsipinə əsaslanan əməkdaşlıq strukturları arasında xüsusi mövqeyə malik olan TÜRKPA XXI əsrin ilk beynəlxalq türk qurumudur və özündən sonra gələn digər Türk dünyası beynəlxalq təşkilatlarına da öncülük etmişdir.
İndiyə kimi TÜRKPA-nın 12 plenar iclası keçirilmişdir. Üzv ölkələr arasında əmıkdaşlığın ən yüksək səviyyəsinin göstəricisi olan plenar iclaslarda Assambleyanın inzibati və maliyyə məsələləri qərarlaşdırılır, parlament diplamatiyasının mövzuları müzakirə olunur.
Hazırda TÜRKPA-da 4 kommisiya- Hüquq məsələləri və beynəlxalq əlqələr komissiyası; Təhsil, mədəniyyət, sosial və hümanitar məsələlər komissiyası; İqtisadi əməkdaşlıq komissiyası və ətraf mühit, təbii ehtiyatlar və Sağlamlığın qorunması komossiyası.
Eyni zamanda TÜRKPA tərkibində ixtisaslaşmış 2 qrup fəaliyyət göstərir. Bunlar Qadın Parlamentarilər Qrupu və Gənc Parlamentarilər Qrupudur.
TÜRKPA tarix, dil və mədəniyyət ümumiliyinin verdiyi imkanlardan istifadə edərək parlament diplomatiyası vasitəsilə Türk xalqlarının və dövlətlərinin ümumi problemlərinin açıq müzakirəsi üçün əlverişli siyasi dialoq forumu rolunu oynayır. TÜRKPA-nın yaradılması regionda türkdilli ölkələrin hərtərəfli qarşılıqlı fəaliyyəti üçün önəmli təkan verir, regional təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır, ticarət və investisiya imkanlarının möhkəmlənməsinə köməklik edir. Bu təşkilat vasitəsilə türkdilli ölkələr həm öz milli-mənəvi kimliyini qoruyur, həm də siyasi-iqtisadi cəhətdən daha böyük bir güc kimi təmsil olunurlar. Buna görə bu birliyin güclənməsi zamanın tələbinə çevrilmişdir. Soy kökü, tarixi, milli adət-ənənələri oxşar olan Türk dövlətlərinin birliyi son illərdə daha da möhkəmlənən tərəfdaşlığının dünya siyasətinə təsiri bütün istiqamətlərdə hiss olunur. Türk dövlətləri arasında həmrəyliyin möhkəmlənməsinə töhfə verən bu əməkdaşlıq islamofiyanın qarışısının alınmasında yenilməz qüvvədir. TürkPA-nın yaradılması ilə müsəlmanlar, islam dini haqqında aparılan təxribat kampaniyası, formalaşdırılan zərərli yanaşmaların qarşısını türk xalqlarının birliyi nəticəsində alır.
TÜRKPA-nın Bakıda keçirilən birinci plenar iclasında quruma üzv dövlətlərin parlamentlərində akkreditə olunan jurnalistlərin assosiasiyasının yaradılması haqqında razılıq əldə olunması da türk birliyinin təşkilatlanmasını sürətləndirdi. TÜRKPA-nın təşkilində məqsəd quruma üzv dövlətlərin parlamentlərində təmsil olunan mətbuat nümayəndələrinin əməkdaşlığının yaradılması, təcrübə mübadiləsi ilə qardaş ölkələrdə baş verən hadisələrin bütünlükdə türk dövlətləri arasında yayılmasıdır. TÜRKPA beynəlxalq təşkilatlar və digər üzv olmayan ölkələr və təşkilatlar üçün hər zaman açıq olmuşdur. TÜRKPA İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı, Beynəlxalq Parlamentlərarası İttifaq, Beynəlxalq Parlamentlərin Baş Katiblərinin Assosiasiyası, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası və Asiya Parlament Assambleyası tərəfindən müşahidəçi statusu almışdır və əməkdaşlığa maraq göstərən bütün ölkələr bu təşkilata inteqrasiya edə bilərlər.
Siyasi əlaqələrlə yanaşı, türkdilli dövlətləri bir-birinə bağlayan iqtisadi əlaqələr də TÜRKPA tərəfindən yaradılmışdır. Təqdirəlayiq haldır ki, türkdilli ölkələr arasında iqtisadi münasibətlər hər il inkişaf edir. Ticarət əlaqələri genişlənir, ticarət dövriyyəsi, investisiya sahəsində qarşılıqlı səmərəli əməkdaşlıq həyata keçirilir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri daha geniş imkanlar yaradır. Türk Dövlətlərinin ümumi iqtisadi gücü ildən-ilə artır. Reallıqdır ki, zəngin enerji ehtiyatlarına malik Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan Avropanın geoiqtisadi siyasətində də başlıca rola malikdir. Türkiyənin Qara dənizdə zəngin ehtiyatlara malik olması, perspektivlərin həqiqətə çevrilməsi türk dövlətlərinin vahid enerji diplomatiyasını gerçəkləşdirir, təməl, baza formalaşdırır. Dünyanın enerji və nəqliyyat xəritəsini yenidən tənzimləyən Azərbaycanın təşəbbüsləri ilə reallaşan layihələrin ardınca Türkiyənin də zəngin təbii enerji ehtiyatına malik olması bu iki qardaş ölkənin dünyanın siyasi, iqtisadi sistemindəki rolunu daha da möhkəmləndirir. Eləcə də Aktau və Bakı dəniz limanları arasında gəmi daşınmaları inkişaf etməkdədir. Yeni nəqliyyat infrastrukturunun yaradılması ilə Türk dünyası, eyni zamanda, nəqliyyat şəbəkəsi vasitəsilə də birləşəcəkdir. 2013-cü ildə Bakı, Aktau və Samsun beynəlxalq dəniz limanları arasında imzalanmış Türk qardaş limanları haqqında Anlaşma Memorandumu türkdilli ölkələr arasında nəqliyyat dəhlizlərinin inkişaf planları ilə milli nəqliyyat planlarını birləşdirən daha səmərəli regional nəqliyyat sisteminin yaradılması üçün nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətlərini müəyyən edir.
Qazaxıstan, Azərbaycan və Türkiyə həmçinin kosmik proqramlara malikdirlər. Bununla yanaşı, türkdilli dövlətlər iqtisadiyyatlarına yeni texnologiya və ixtiralar təqdim etməklə yerli sənaye sahələrini inkişaf etdirirlər. Karbohidrogen boru kəmərləri, avtomobil və dəmir yolu şəbəkələri inşa olunur və əsaslı təmir edilir.
Тürk dünyasının birliyi onun vahid siyasi - mədəniyyət və iqtisadiyyat strategiyasından çıxış etməsi türk dövlətlərini bu və ya digər səviyyədə diqqət mərkəzində saxlayır və inkişaf etdirir. Azərbaycan öz tarixi-coğrafi mövqeyinə görə elə məkanlaşıb kİ, burada Şərq və Qərb mədəniyyətlərinin ən müxtəlif məzmunlu və keyfiyyətli tendensiyaları konsentrasiya olunub. Ümumdünya türkçülük hərəkatının əsas ideologiyaları burada doğularaq yayılıb. Bu mənada Azərbaycan - həm milli mədəniyyətin, həm əlaqəli regional mədəniyyətlərin, həm ümumtürk mədəniyyətinin, həm də dünya mədəniyyətlərinin qovuşduğu qlobal əhəmiyyətli geosivilizasiya məkanıdır. Buna görə də TÜRKPA-nın tərkibində Azərbaycanın fəaliyyəti daha önəmli hesab olunur.
Bir sözlə ümümi parlamentlərarası dialoqun möhkəmlənməsinə xüsisi önəm verən TÜRKPA dünyada sülhün, demokratiya və iqtisadi inkişafın bərqərar olmasında xüsusi əhəmiyyətə malikdir. Bundan başqa, TÜRKPA Avropa və Asiya beynəlxalq instutları ilə sıx işbirliyi, dünyada çox vacib təkrar olan mədəniyyətlər və dinlərarası dialoqun genişlənməsində mühim rol oynayır.
Tövsiyə edilən ədəbiyyat: