5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Bu tarixin qeyd edilməsinə dair qərar ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verilib və təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd qəbul edilib. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edirlər.
Müstəqil Azərbaycanda isə bu bayramın keçirilməsi ilə bağlı sərəncamı Ulu Öndər Heydər Əliyev vermişdir. Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlamış və onların xidmətləri haqqında ürəkdolusu danışmışdır.
Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".
Azərbaycanda Beynəlxalq Müəllimlər Günü müstəqillik ədə olunandan sonra, 1993-cü ildən qeyd edilir. Ölkəmizdə bu günə dövlət səviyyəsində diqqət ayrılır. Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir. Müəllimlər yeni cəmiyyət quruculuğunun memarları hesab olunurlar.
Bu bayramın beynəlxalq səviyyədə keçirilməsi, həqiqətən də, böyük sevginin bəşəri təcəssümünü özündə ehtiva edir. Ağıl və elm kimi dünyaya məxsus olan açarın milyonlarla insanlara əxzində, məhz müəllim qüdrəti, müəllim əməyi əvəzsiz və sonsuzdur. Odur ki, bəşəriyyət formalaşdığı zamandan müəllimə olan münasibət fərqli məcrada özünü göstərə bilmişdir. Müəllim ustaddır, öyrədəndir, həyata vəsiqə verəndir.
Təhsil tariximizdə milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən Azərbaycan müəllimlərinin qurultayları xüsusi yer tutmaqdadır. Azərbaycan müəllimlərinin 1906-cı ildə birinci qurultayı keçirilmişdir. Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub. Müstəqillik dövründə keçirilən Azərbaycan müəllimlərinin XI, XII nə XIII qurultayları bu sahədə ali məclislər kimi səciyyə qazanmışdır. Müəllimlərin 2003-cü ilin 4 oktyabrında keçirilən XII qurultayda milli təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən söz açılıb və Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan məktəbinin, milli təhsilimizin çox böyük uğurlar qazandığı vurğulanmışdır. 2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin sonuncu XIII qurultayı keçirilib. Qurultaydakı çıxışlarda qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə rəhbər İlham Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda öz əksini tapıb.
XXI əsr elm və informasiya əsri sayılır. Bu sahədə dünyada baş verən inkişaf Azərbaycanın da təhsilini dünya səviyyəsində qurmağı tələb edir. Təhsilin inkişafına göstərilən yüksək diqqət Azərbaycanın dünya miqyasında tanıdılmasına və layiqli yerinin təmin olunmasına xidmət edir. Təhsil sistemində əldə olunan yeniliklər Azərbaycan elminin dünyaya inteqrasiya sürətini artırıb.
Təhsil cəmiyyətimizdə yüksək yer tutan böyük qüvvə olmaqla yanaşı, ən öndə gedən sahələrindən biridir. Azərbaycanda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir.
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti ilə yanaşı, son illər Azərbaycan Müəllimlər İnstitutu və onun filialları da yüksək ixtisaslı müəllim kadrları hazırlayırlar.
Təhsilin səviyyəsi keyfiyyət baxımından yeni mərhələni yaşayır. Müasir gənclik ab-havanın içərisində məsuliyyət hissini ön plana çəkib, Azərbaycanın gələcək inkişafına doğru potensialını ortaya qoyur. İctimai-siyasi həyatda qlobal dəyişikliklərin aparılması gənclərin dünyaya inteqrasiya olunmasına gətirib çıxarır. Bu gün Ulu Öndər Heydər Əliyevin maarifçilik ideyaları Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Təhsilin inkişafından, yeni təhsil müəssisələrinin bərpa və təmir olunmasından söz açarkən Birinci vetse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini də qeyd etməlməlidir. Bildiyimiz kimi, fondun fəaliyyət istiqamətinin bir qolu təhsilə yönəlmişdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə məktəblərə böyük diqqət və qayğı göstərilir. Yeni məktəb binalarının tikilməsi və bərpası müasir təhsilini inkişafına təkan verir. Bu gün təhsilə qayğı varsa, demək, Azərbaycan inkişafdadır, çünki həyat təhsildən başlayır. Müəllimlər yeni texnologiyanı əxz edərək, tədrisin keyfiyyətinin yüksəlməsinə nail olmuşlar. Dövlətimizin təhsilə həmişə böyük diqqət və qayğısı olub. Çünki təhsil bizim cəmiyyətimizdə yüksək yer tutan böyük bir qüvvə olmaqla yanaşı, cəmiyyətimizin ən öndə gedən sahələrindən biridir.
Heydər Əliyev Fondunun dövlətin bu fəaliyyət proqramına verdiyi dəstək isə öz mükəmməlliyi ilə seçilir. Fond ölkədə məktəb tikintisində yaxından iştirakla yanaşı, onların əyani vəsaitlər, şagirdlərin məktəb ləvazimatı ilə təminatında da mühüm rol oynayır. Yeni, müasir məktəblər, yeni təhsil kompleksləri şagird kontingentinin təhsil şəraitini tamamilə dəyişir, tədrisin səviyyəsini yüksəldir. Bütün bu tədbirlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” – fikrini reallığa çevirir. Təhsil işçilərinin əmək haqlarının artırılması, mükafatlandırılmaları, fəxri adlarla təltif edilmələri, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar da təhsil işçiləri üçün böyük stimul olmaqla, onların məsuliyyətini də artırır. Artıq neçə illərdir ki, Prezident İlham Əliyevin qərarı ilə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” müsabiqəsi keçirilir. “Ən yaxşı ümumtəhsil məktəbi” və “Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun, onun nüfuzunun yüksəldilməsinə xidmət edir.
Son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir.
Tövsiyə edilən ədəbiyyat: