Süfrələrə bolluq bərəkəti bəxş edən əkinçi peşəsi ölkəmizdə şöhrətin ən yüksək fövqünə yüksəlib. Aqrar sektor əhalinin ərzaq təhlükəsizliyinin təminatında böyük rol oynayır. Aqrar sahə həm də əhalinin ən böyük məşğulluq sahəsidir. Ölkədə ailə üzvləri də nəzərə alınmaqla təxminən 1,5 milyon insan öz dolanışığını, maddi təminatını kənd təsərrüfatı sektorunda çalışaraq təmin edir. Bu o deməkdir ki, bu əlamətdar gün Azərbaycanda həm də təxminən milyon yarım insanın peşə bayramıdır. Ölkədə həyata keçirilən aqrar islahatlar bu sahənin dinamik inkişafını təmin etməklə yanaşı, məşğulluq problemini də önəmli dərəcədə həll edir.
Müasir dövrdə bəşəriyyətin ən qlobal problemlərinən biri əhalini ərzaq məhsulları ilə təmin etməkdir. Hazırda dünya ölkələri beynəlxalq qurumlar, xüsusən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı, Kənd Təsərrüfatı üzrə Beynəlxalq Fond (İFAD), Beynəlxalq Valyuta Fondu və digər təşkilatlar tərəfindən aclıqdan əziyyət çəkən insanların sayının azaldılması, hər bir insanın yaşayışının minimum təmin edilməsi, ərzaq təhlükəsizliyinin digər aspektləri və s. problemlər nəzərə alınmaqla geniş işlər aparılır.
Azərbaycanda kənd təsərrüfatının inkişafına Heydər Əliyev hələ Sovet dönəmindən başlamışdır. Bu elə bir dövr idi ki kənd təsərrüfatında kök salmış geriliyə son qoymaq, istehsalın inkişaf yollarını axtarıb tapmaq tələb olunurdu. Tənəzzüldən yeganə çıxış yolunu bütövlükdə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirməkdə görən müdrik rəhbər aqrar sahənin vəziyyətini dərindən təhlil edib konkret vəzifələr müəyyən etdi.
Respublika iqtisadiyyatına rəhbərlik sahəsində buraxılan səhvlərin və qusurların kökünü kəsmək, bütün səviyyələrdə intizamı möhkəmləndirmək, tapşırılan iş üçün kadrların tələbkarlığını və məsuliyyətini artırmaq sahəsində qəti və ciddi tədbirlər görüldü. 1979-1980-ci illərdə ərzində Azərbaycanda kənd təsərrüfatı istehsalının artım sürəti nəzərdə tutulan orta hesabla əldə edilmiş 13 faiz əvəzinə 34 faizə çatdı.
Ümumilli liderin kənd təsərrüfatının inkişafına olan diqqət və qayğısı onun respublikamızda siyasi hakimiyyətə ikinci qayıdışından sonra da intensiv xarakter almışdır. Ümumilikdə, aqrar sahədə islahatların aparılmasına və onun daha da dərinləşməsinə, mülkiyyət münasibətlərinin və sahibkarlığın formalaşmasına dair yüzlərlə fərman, sərəncam, qanun, qərar və digər normativ-hüquqi sənədlər qəbul olundu, aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması və müxtəlif növ təsərrüfat subyektlərinin yaradılmasının, eyni zamanda, aqrar bölməyə dövlət himayəsinin istiqamətləri və aqrar bazarın dövlət tənzimlənməsinin hüquqi əsasları yaradıldı.
Prezident Heydər Əliyevin 2 mart 2001-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” və digər sənədlər aqrar islahatların gedişini sürətləndirmiş, Azərbaycan aqrar sahədə, buğda və heyvandarlıq məhsulları istisna olmaqla, idxal edən ölkədən ixrac edən ölkəyə çevrilmişdir.
Dahi öndər Heydər Əliyevin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir. Onun rəhbərliyi altında respublika iqtisadiyyatında energetika-yanacaq kompleksindən sonra ikinci əhəmiyyət kəsb edən aqrar sferanın inkişafına yönəldilmiş bir çox ardıcıl tədbirlər həyata keçirilmişdir. Onun aqrar-sənaye kompleksində çalışan fermer, sahibkar, alim və mütəxəssislər tərəfindən böyük ümid və rəğbətlə qarşılanan “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı, 2004-cü il 11 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər), 2004-cü il 23 oktyabr tarixli sərəncamları ilə təsdiq edilmiş, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında”, 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş, “2008-20015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, 2009-cu il 14 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikası 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı” və digər qəbul olumuş hüquqi-normativ səsədlər aqrar-sənaye kompleksinin inkişafına güclü təkan vermişdir.
Ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb. Bu sistemdə şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Ölkəmizdə aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Bu sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb.
Prezident İlham Əliyevin istehsalçılara dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqini genişləndirir. Beləliklə bu öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb. Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində torpaqlar fərdi mülkiyyətə verilib. Pay torpaqları əsasında çoxsaylı ailə-kəndli təsərrüfatları formalaşıb. Lakin hazırkı dövrdə fermerlərin əməkdaşlığı vacib məqamlardan biri kimi ön plana çıxır. Geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsi həyata keçirilməyə başlanılıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq.
Kənd təsərrüfatının inkişafına yönəlmiş daha bir mühüm addım aqrar sığorta sisteminin tətbiqidir. Aqrar Sığorta Fondunun yaradılması ilə əlaqədar dünyadakı mövcud aqrar sığorta modelləri araşdırılıb, mütərəqqi kənd təsərrüfatı sığorta sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün ilkin işlərə başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, azad olunmuş ərazilərdəki strateji əhəmiyyətli su anbarları yüz min hektarlarla sahənin suvarılmasını təmin edəcək. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.
Zəngilanın Ağalı kəndində, Füzuli rayonunun Dövlətyarlı kəndində “Ağıllı kənd” layihəsi icra olunur. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı evlər, həmçinin məktəb və uşaq bağçaları tikilir. Kəndin ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsi yerləşir. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunur. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçirilir. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçirilir.
“Dost Aqropark” türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgələrində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksidir. Üç mərhələdə həyata keçirilən layihənin təməli 2021-ci il oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. “Dost Aqropark”da birinci mərhələ üzrə görüləcək bütün işlər başa çatdırılıb. Layihənin birinci mərhələsində inzibati binalar, 5200 kvadratmetrlik qapalı, 113 min kvadratmetrlik açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, üzgüçülük hovuzu, xidməti heyətin yaşayışı üçün binalar tikilib. Kompleksə 3500 baş cins qaramal gətirilib və əkinçilik məhsullarının istehsalı həyata keçirilib. Hər iki prezidentin iştirakı ilə ötən il əkin aparılan buğda və arpanın biçini başa çatdırılıb.
Qazanılan uğurlarda, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bu gün peşə bayramlarını qeyd etdiyimiz kənd təsərrüfatı işçilərinin əvəzsiz əməyi vardır.
Tövsiyə edilən ədəbiyyat: